Əsas Səhifə > Dünya > İranla nüvə sazişinin yaşayacağına “şübhə yoxdur”

İranla nüvə sazişinin yaşayacağına “şübhə yoxdur”


24-10-2017, 08:35
İranla nüvə sazişinin yaşayacağına “şübhə yoxdur”
ABŞ prezidenti Donald Trump-ın İranla nüvə sazişinə zəmanət verməməsinə baxmayaraq, bu sənədin yaşayacağına “qətiyyən şübhə yoxdur”. Bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Johnson 2015-ci ildə İranın dünya gücləriylə imzaladığı nüvə sazişi barədə deyib.

Oktyabrın 23-də Londonda çıxış edən Johnson-un sözlərinə görə, ABŞ Konqresinin “çox nüfuzlu üzvləriylə” görüşdən sonra əmin olub ki, Trump-ın hərəkəti sazişi məhv etməyəcək, baxmayaraq ki, həmin şəxslərin heç biri İran rejiminin pərəstişkarı deyil.

Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Tehran nüvə proqramının dinc məqsədli olduğunu deyir.

Trump oktyabrın 13-də İranın sənədə əməl etdiyinə zəmanət verməyib, Tehranı razılaşmanın “ruh”unu pozmaqda suçlayıb. Prezident deyib ki, konqresmenlərdən Tehrana əlavə təzyiq göstərmək məqsədiylə ABŞ qanunvericiliyini gücləndirməyi xahiş edəcək.

Geri qayıt