Əsas Səhifə > Dünya > Kaladze Ərdoğanın yolu ilə gedir

Kaladze Ərdoğanın yolu ilə gedir


23-10-2017, 09:01
Kaladze Ərdoğanın yolu ilə gedir
Kaxa Kaladze Rəcəb Tayyib Ərdoğanın yolunu gedir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Ekspert bildirib ki, Kaladze yaxın gələcəkdə baş nazir, yaxud prezident postuna iddia edə bilər:

“Ərdoğan da gəncliyində az qala peşəkar səviyyədə futbol oynayıb, sonra siyasətlə maraqlanıb, uğurlar qazanıb və İstanbul bələdiyyə başçısı vəzifəsinə qədər məsafə qət edib, baş nazir olub və indi ölkəsinin prezidentidir. Əlbəttə Kaxa Kaladze futbolda Ərdoğanı xeyli üstələyib, “Milan” kimi dünya şöhrətli klubda çıxış edib, Avropanın möhtəşəm kuboklarını qazanıb, ancaq o da Ərdoğan kimi siyasətə gəlib, müxtəlif nazir postlarını tutub və bu gün Tiflisin meri seçilib. Fikrimcə, Kaxa Kaladze Tiflis meri kimi uğurla çalışsa yaxın gələcəkdə baş nazir və prezident postuna da iddia edə bilər”, - deyə ekspert qeyd edib.

Xatırladaq ki, dünən Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən səsvermədə Kaxa Kaladze 51.06 faiz səs toplayaraq Tiflisin meri seçilib.

K. Kaladze Tbilisi və Kiyevin “Dinamo”, İtaliyanın Milan və Cenoa komandalarında müdafiəçi mövqeyində oynayıb. O, ölkənin ən yaxşı futbolçularından biri sayılır, iki dəfə Çempionlar Liqasının qalibi olub. Siyasi karyerasına Gürcü Arzusu Partiyasında başlayan K. Kaladze 2012-ci ildə enerji naziri təyin olunmuşdu.

Geri qayıt