Əsas Səhifə > Dünya > İraq ordusu Kərkükün bölgələrinə yeridilib
İraq ordusu Kərkükün bölgələrinə yeridilib21-09-2017, 09:20 |
Bu gün səhər saatlarında İraq ordusu və “Haşti Şabi” Kərkükün Havice və Şirkat bölgələrində əməliyyata başlayıb. “Report” Haber7-yə istinadən xəbər verir ki, rəsmi Bağdadın “referendum”dan əvvəl Kərkükə hərbi müdaxilə edəcəyi ehtimal edilir. Qeyd edək ki, İraqın şimalındakı yerli hökumət sentyabrın 25-də “müstəqillik haqqında” referendum keçirməyi planlaşdırıb. Onlar bu “tədbirdə” Kərkükün də iştirakına çalışırlar. Türkiyə, İran, ABŞ, Britaniya, Rusiya, Farnsa, rəsmi Bağdad “referendum”a qarşı çıxış ediblər. Geri qayıt |