Əsas Səhifə > Dünya > Rohinca böhranını bitirməyə 'sonuncu şans' qalıb
Rohinca böhranını bitirməyə 'sonuncu şans' qalıb18-09-2017, 09:27 |
Myanma lideri Aung San Suu Kyi-nin ölkəsindəki böhranı dayandırmağa «sonuncu şansı» qalıb. Bunu BMT-nin baş katibi Antonio Guterres deyib. Qeyd edək ki, Myanmadakı rohinca müsəlmanlarından 400 mindən çoxu qonşu Banqladeşə qaçıb. «Bu ölkə liderindən gözləntim odur ki, böhranın qarşısını ala bilsin», – BMT-nin baş katibi BBC televiziyasına deyib. «Fikrimcə, bunu etməyə onun sonuncu şansı qalıb», – o, sözlərinə əlavə edib. Nobel sülh mükafatı laureatı Suu Kyi Myanmadakı rohinca müsəlmanlarıyla davranışa görə beynəlxalq tənqidlə üzləşir. Bu buddist ölkəsinin Rakxayn ştatında zorakılıqlarla bağlı xəbərlər gəlir. Avqustun 25-də ordu Rakxayn ştatında əməliyyatlara başlayandan rohincalar qaçmağa başlayıb. Əməliyyatlara səbəbsə şübhəli rohinca yaraqlılarının polis postlarına hücumu olub. Həmin hücumda 12 təhlükəsizlik əməkdaşı öldürülüb. Ordu 400-dək şübhəli yaraqlını öldürdüyünü bildirir. Myanma hökuməti dinc sakinləri deyil, yaraqlıları hədəfə aldığını bildirir. Rohinca böhranının BMT Baş Assambleyasında da müzakirə olunacağı gözlənir. Suu Kyu sessiyaya qatılmayacaq. Onun sentyabrın 19-da Myanmada televiziya çıxışı edəcəyi planlaşdırılıb. Geri qayıt |