Əsas Səhifə > Dünya > Suriyada təhlükəsiz zona üzrə razılaşma 'çox yaxındır'

Suriyada təhlükəsiz zona üzrə razılaşma 'çox yaxındır'


15-09-2017, 09:26
Suriyada təhlükəsiz zona üzrə razılaşma 'çox yaxındır'
Suriyada dördüncü təhlükəsiz zona yaradılması üzrə razılaşma “çox yaxındır”.

Bunu Astanada keçirilən Suriya sülh danışıqlarının altıncı raundunda Rusiyanın təmsilçisi söyləyib.

Aleksandr Lavrentyev sentyabrın 14-də – danışıqların ilk günündə deyib ki, Rusiya, İran və Türkiyə “de-eskalasiya zona”sının yaradılması üzrə “razılaşmanın imzalanmasına çox yaxındırlar”.

Dördüncü zonanın Türkiyə ilə sərhəddəki İdlib vilayəti ətrafında yaradılması nəzərdə tutulur.

Rusiya daha öncə Suriyada üç təhlükəsizlik zonası yaradıb, həmin ərazilərdə zorakılıqlar azalıb.

Rusiyayla İran Suriyada vətəndaş müharibəsində prezident Bashar al-Assad hökumətini dəstəkləyirlər. Türkiyə və Birləşmiş Ştatlar isə müxtəlif üsyançı qruplara arxa dururlar. Vətəndaş müharibəsində 330 min nəfərin həlak olduğu bildirilir.

Rusiya ordu rəsmiləri bildiriblər ki, Moskva de-eskalasiya planının bir hissəsi olan atəşkəsə nəzarət məqsədiylə İdlib vilayətinə hərbi polisin yerləşdirilməsini istəyir.

Geri qayıt