Əsas Səhifə > Dünya > Trampın müşavirinin ABŞ-Rusiya nüvə layihəsinə mümkün dəstəyi araşdırılır
Trampın müşavirinin ABŞ-Rusiya nüvə layihəsinə mümkün dəstəyi araşdırılır14-09-2017, 10:05 |
Demokrat konqresmenlər sentyabrın 13-də deyiblər ki, ABŞ prezidenti Donald Trump-ın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-in ABŞ-Rusiya nüvə layihəsinə gizli dəstək verib-vermədiyi araşdırılır. Layihə Yaxın Şərqdə onlarla nüvə reaktoru tikməyi nəzərdə tuturdu. “Flynn-in gizlicə bu şirkətlərin maraqlarından ötrü çalışıb-çalışmadığını bilmək Amerika xalqının haqqıdır”, – nümayəndələr palatasından Elijah Cummings və Eliot Engel sentyabrın 12-də Flynn-in vəkilinə göndərdikləri məktubda yazırlar. Konqresmenlər həmçinin layihədə iştirak edən şirkət rəhbərlərindən xahiş ediblər ki, Flynn və Trump administrasiyasının digər rəsmiləriylə “bütün kommunikasiyanı” oktyabrın 4-dək açıqlasınlar. Layihə çərçivəsində Yaxın Şərqdə 40 nüvə reaktoru tikiləcək, regional elektrik şəbəkəsinə qoşulacaqdı. Reaktorlardan nüvə silahları üçün yanacaq istehsalından istifadə oluna bilməzdi. Layihənin reklam çarxında bildirilirdi ki, təhlükəsizliyi Rusiyanın dövlətə məxsus Rosoboron silah ixracatçısı təmin edəcək. Keçmiş prezident Barack Obama-nın qoyduğu sanksiyalar bu şirkətə də aiddir. Geri qayıt |