Əsas Səhifə > Dünya > İran Suriyanın elektrik infrastrukturunu bərpa edəcək

İran Suriyanın elektrik infrastrukturunu bərpa edəcək


13-09-2017, 08:32
İran Suriyanın elektrik infrastrukturunu bərpa edəcək
İran Dəməşqlə bir neçə razılaşma və anlaşma memorandumu imzalayıb. Dövlət mediasının məlumatına görə, məqsəd Suriyanın elektrik enerjisi infrastrukturunu bərpa etməkdir. Həm də İran Suriyanın bərpa prosesində yerini möhkəmlətmiş olur.

Suriyanın SANA dövlət xəbər agentliyinin məlumatına görə, razılaşmalar sentyabrın 12-də Suriya elektrik naziri Zuhair Kharboutli-nin Tehrana səfəri çərçivəsində imzalanıb.

Sənədlər paytaxt Dəməşqdə elektrik şəbəkəsinə əsas nəzarət mərkəzinin bərpasını, Hələb şəhərinə elektrik verilişinin tam bərpasına yardımı nəzərdə tutur.

Kharboutli imzalama mərasimində deyib ki, bu razılaşmalar İrana ölkənin infrastrukturunun bərpasında əsas rol oynamaq imkanı verə bilər.

İran Rusiyayla birlikdə Suriyada altı ildir gedən vətəndaş müharibəsində prezident Bashar al-Assad-ı dəstəkləyir.

Geri qayıt