Əsas Səhifə > Dünya > Rusiyanın müdafiə naziri Putinin göstərişi ilə Bəşər Əsədlə görüşüb
Rusiyanın müdafiə naziri Putinin göstərişi ilə Bəşər Əsədlə görüşüb13-09-2017, 08:12 |
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dəməşqə işgüzar səfəri çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə görüşüb. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir. “Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə sentyabrın 12-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Dəməşqə işgüzar səfər edərək, Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparıb”, - deyə məlumatda bildirilir. Görüş zamanı tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlığı və Suriyadakı vəziyyətin sabitləşdirilməsini müzakirə ediblər. Geri qayıt |