Əsas Səhifə > Dünya > Türkiyədə 100 min qaçaq erməni var

Türkiyədə 100 min qaçaq erməni var


11-09-2017, 08:47
Türkiyədə 100 min qaçaq erməni var
"Türkiyədə 100 minə yaxın qacaq erməni yaşayır və bu insanlar işlə təmin olunub. Qacaq çalışanlar dərhal ölkədən çıxarılmalıdır”.

Modern.az-ın məlumatına görə, bu sözləri Türkiyədəki Böyük Birlik Partiyasının sədri Mustafa Destici səsləndirib.

Tələbələrlə görüşündə partiya sədri Ermənistanla Azərbaycan arasındakı münaqişədən danışıb. O, tələbələri iki ölkə arasında uzun illərdir sürən müharibə və Qarabağın işğalı barədə məlumatlandırıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanın bu münaqişə ilə baglı mövqeyi bizə bəllidir. O zaman nədən 100 min qaçaq erməni bizim ölkədə çalışır, vergi ödəmədən, dövlətin izni olmadan qazanır və Azərbaycanla savaşda olan ölkəsində yaşayan ailələrinə maddi yardım edir? Onlara iş verənlər Türkiyənin düşmənidir.
Türkiyədə erməni vətəndaşlar da var. Bunlar Türkiyə Respublikasının vətəndaşlarıdır. Azlıq hüquqları mövcuddur. Onlar öz hüquqları ilə Türkiyədə yaşamağa davam etməlidir. Amma qaçaq ermənilər Türkiyədən dərhal cixarılmalıdır”.


Ermənilərin Xocalıda soyqırımı törətiklərini, eləcə də yüzlərlə azərbaycanlı əsgərin şəhid edildiyini deyən Mustafa Destici "qardaşlarımıza zülm edənləri biz bəsləyə bilmərik" söyləyib. Eyni zamanda, partiya sədri qaçaq ermənilərin PKK terror təşkilatı ilə də ələaqəsi olduğunu vurğulayıb:

“Türkiyə PKK terror təşkilatına qarşı ciddi bir mübarizə aparır. Biz bu təşkilatın içində ermənilərin olduğunu və onlara dəstək verildiyini bilirik. O zaman niyə qaçaq ermənilərin ölkəmizdə yaşamasına icazə veririk? Onların terrora dəstək vermədiyini kim deyə bilər? Ümumiyyətlə, hazırda bizim ölkə çox qarışıqdı. Suriyadan qaçqınlar var və xüsusi problemlər yaradır. Buna görə də sərhəddi qeyri-leqal yollarla keçənlərə qarşı ciddi mübarizə aparılmalıdır".

Partiya sədri qaçaqların çoxunun saxta sənəd düzəldərək, adlarını dəyişdirdiklərini də bildirib.

Geri qayıt