Əsas Səhifə > Dünya > ABŞ-da keçmiş Türkiyə rəsmilərinə ittiham irəli sürülüb

ABŞ-da keçmiş Türkiyə rəsmilərinə ittiham irəli sürülüb


7-09-2017, 09:12
ABŞ-da keçmiş Türkiyə rəsmilərinə ittiham irəli sürülüb
ABŞ-da prokurorlar Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın keçmiş köməkçilərinə ittiham irəli sürüb, onlar İranın ABŞ sanksiyalarından yayınmasına kömək etməkdə suçlanırlar.

Sentyabrın 6-da Manhetten Məhkəməsində irəli sürülmüş ittihamnamədə Türkiyənin keçmiş iqtisadiyyat naziri Zafer Çağlayan on milyonlarla dolları nağd pul və ləl-cavahirat şəklində rüşvət almaqda ittiham olunur. Onun İranın sanksiyalar qanununu pozaraq ABŞ-ın maliyyə sistemi vasitəsilə transaksiyalar gerçəkləşdirməsi planına yardım göstərdiyi bildirilir.

Daha öncə türk-İran biznesmeni Reza Zarrab ABŞ-da saxlanıb, o da İranın sanksiyalardan yayınmasına kömək etməkdə suçlanır.

İttihamnamədə Türkiyədə hökumətə məxsus bankın baş meneceri Süleyman Aslan-ın, onun müavinləri Levant Balkan və Mehmet Hakan Atilla-nın da adları çəkilir. Onlar da rüşvət almaqda, Zarrab-ın İranın adından gerçəkləşdirdiyi transaksiyaların asanlaşdırılması və gizlədilməsində bu bankdan istifadədə və rüşvət almaqda ittiham olunurlar.

Zarrab-ın bir neçə işçisinə və yardımçısına da ittiham verilib.

Geri qayıt