Əsas Səhifə > Dünya, Güney Press > Nazarbayevin nəvəsi narkotik asılılığını etiraf etdi
Nazarbayevin nəvəsi narkotik asılılığını etiraf etdi6-09-2017, 09:51 |
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 27 yaşlı nəvəsi Aysultan narkotik asılılığın barədə etiraf edib. FaktXeber.com-un məlumatına görə, bu barədə o, özünün Facebook səhifəsində bildirib. Aysultanın sözlərinə görə, narkotik maddələrə babası Muxtar Əliyev və atası Rahat Əliyev dünyasını dəyişdikdən sonra qurşanıb. «Babam – akademik Muxtar Əliyevin ölümündən və atam Rahat Əliyevin avstriya həbsxanasında intiharından cəmi ay yarım keçmişdi. Həyat ilk dəfə idi ki, mənə belə ikiqat zərbə vururdu. Hər kəsin xoşbəxtlik içində üzməsi barədə danışdığı gənc Aysultan dünyanın ən məhv edilmiş insanına çevrildi. Həmin an sən qəddarcasına qəlbini parçalayan bu ağrını hiss etməmək üçün dərhal əlsiz-ayaqsız qalmağa hazır olursan», - deyə Aysultan bildirir. O, əlavə edib ki, asılılıqdan qurtarmaq üçün ona babası – Qazaxıstan prezidenti Nursultan Nazarbayev kömək olub: «Ailəm biləndə əvvəlcə onlara qorxu hakim oldu. Ancaq Allaha şükür ki, mən əsas addımı atdım – babama etiraf etdim. Yəqin ki, başqa bir prezident bu problemi gizlətmək və ondan uzaqlaşmaq istərdi. Ancaq Nursultan Nazarbayev yox. Qan qohumluqda babam olan şəxs ruhən atama çevrildi». Aysultanın sözlərinə görə dövlət başçısı nəvəsini səmimi etirafına görə təbrik edib və buna qalib gələcəyinə gücü çatacağını deyib: «Mən bu asılılıqdan qurtulmağa və şəri xeyirə çevirməyimə söz verdim. «Nə olar, Aysultan mənə söz verəndə, onu hər zaman yerinə yetirir», - deyə, babam sakitcə bildirdi». Dövlət başçısının nəvəsi deyib ki, babası onun həyatını ikinci dəfə xilas edib: «Sadəcə həmin vaxt mənim onu anlamağa ağlım və təcrübəm çatmadı. Ancaq bu dəfə belə olmayacaq. Əlbəttə, əzizlərim mənim yanımdadı və mən onlarla dəstək atmosferində yaşayıram. Bu çox vacibdir». Bununla belə, Aysultanın sözlərinə görə, bu xəstəlikdən qurtulmaq üçün təkcə iradə azadlığı kifayət deyil: «İnsanlıq hələ ki, bu ağır xəstəliyin əlacığını tapmayıb. Ancaq mən çıxış yolu tapdım. Mənə Allah kömək oldu. Narkomaniya ilə hər hansı bir əlaqəsi olan hər kəs mənim nə dediyimi anlayır». Gənc həmçinin bəyan edib ki, narkotiklərlə mübarizə üçün xeyriyyə cəmiyyəti açmağı planlaşdırır və bu bəla ilə üzləşən hər kəsə yardım edəcəyinə vəd verib. «Mənim özüm-özümlə olan bu döyüş həyatımın ən ağır mübarizəsi idi: təslim olmaq və sakitcə ölmək, yaxud həyat üçün mübarizə aparmaq və yaşamaq. Əsl daxili cihad idi. Xoşbəxtlikdən xeyir həmişə şərə qalib gəlir», - deyə Aysultan sözlərini bitirib. Geri qayıt |