Əsas Səhifə > Dünya > Meksikadan Trampa cavab

Meksikadan Trampa cavab


28-08-2017, 09:38
Meksikadan Trampa cavab
Meksika ABŞ prezidenti Donald Trump-a deyir ki, sosial media vasitəsiylə «danışıq aparmayacaq». Daha öncə Trump Meksika və Kanadanı mühüm ticarət razılaşmasıyla bağlı danışıqların yenilənməsinə çətinlik yaratmaqda suçlayıb.

«Meksika NAFTA-nı, yaxud ikitərəfli münasibətlərin hər hansı başqa aspektini sosial media və ya xəbər mediasında müzakirə etməyəcək», – Meksika Xarici İşlər Nazirliyi avqustun 27-də bildirib.

NAFTA – Şimali Amerika Azad Ticarət Razılaşması deməkdir.

Xarici İşlər Nazirliyi onu da bildirib ki, Trump-ın sərhəd boyunca təklif etdiyi divara görə pul verməyəcək.

«Bu, Meksikanın danışıq strategiyası deyil, suverenlik və ləyaqət prinsipi olub», – bəyanatda deyilir.

Trump 2016-cı il prezident seçkisi kampaniyası zamanı vəd edib ki, NAFTA-yla bağlı ya yenidən danışıq aparacaq, ya da ondan çıxacaq. O, həmin sənədi Birləşmiş Ştatlar üçün Dəhşətli Sövdələşmə adlandırıb, ölkəyə minlərlə iş yerinə başa gəldiyini deyib.

Geri qayıt