Əsas Səhifə > Dünya > Türkiyənin XİN rəhbəri sabah İraqa səfər edəcək

Türkiyənin XİN rəhbəri sabah İraqa səfər edəcək


22-08-2017, 09:30
Türkiyənin XİN rəhbəri sabah İraqa səfər edəcək
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu iki ölkə əlaqələrinin gündəmindəki əsas mövzuları müzakirə etmək üçün sabah İraqa səfər edəcək.

SalamNews-un TRT-yə istinadla verdiyi xəbərə görə, M.Çavuşoğlunun paytaxt Bağdadda İraq prezidenti Fuad Məsum, baş naziri Heydər əl-Abadi, Nümayəndələr Məclisinin sədri Səlim Cuburi, xarici işlər naziri İbrahim Cəfəri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Türkiyəli nazirin iraqlı türkman siyasətçilərlə, daha sonra isə Ərbildə Şimali İraq Kürd Administrasiyasının rəhbəri Məsud Bərzani ilə də görüşəcəyi bildirilir.

Geri qayıt