Əsas Səhifə > Dünya > “ABŞ Venesuelada diktatorun ortaya çıxmasını qəbul etməyəcək”
“ABŞ Venesuelada diktatorun ortaya çıxmasını qəbul etməyəcək”14-08-2017, 09:33 |
ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela böhranının dinc yolla həllini mümkün sayır. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, M. Pens bildirib ki, Venesuela diktatura yolundadır, lakin buna baxmayaraq, problemin sülh yolu ilə həlli mümkündür. O bəyan edib ki, ABŞ Venesuelada diktatorun ortaya çıxmasını qəbul etməyəcək və tezliklə bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq oluna bilər. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı bütün ssenariləri, o cümlədən hərbi əməliyyat variantını nəzərdən keçirdiklərini söyləyib. Geri qayıt |