Əsas Səhifə > Dünya, Güney Press > Rusiyanın hərbi təyyarəsi Ağ Evin üzərindən uçub
Rusiyanın hərbi təyyarəsi Ağ Evin üzərindən uçub10-08-2017, 11:48 |
FaktXəbər-in verdiyi məlumata görə, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ABŞ-ın paytaxtı Vaşinqton üzərində strateji və dövlət əhəmiyyətli obyektlərin üzərindən uçuş həyata keçirib. Bu barədə "CNN" telekanalı məlumat yayıb. ABŞ Müdafiə Nazirliyi faktı təsdiqləyib və uçuşun əvvəlcədən razılaşdırıldığını bəyan edib. Pentaqondan bildirilib ki, ABŞ və Rusiya arasında açıq səma üzrə müqavilə çərçivəsində hər iki ölkənin hərbi təyyarələri istənilən yerdə uçuş apara bilər. Geri qayıt |