Əsas Səhifə > Dünya > Suriya Rusiya, ABŞ və İsrail arasında bölünür

Suriya Rusiya, ABŞ və İsrail arasında bölünür


9-08-2017, 11:04
Suriya Rusiya, ABŞ və İsrail arasında bölünür
Rusiya, ABŞ və İsrail rəsmilərinin Suriya ilə bağlı məxfi danışıqları yayılıb.

AzVision.az Lenta.ru-ya istinadən xəbər verir ki, danışıqlarda əsas müzakirə mövzusu Suriyanın cənubunda gərginlik bitdikdən sonra zonaların müəyyən edilməsi, İsrail və İordaniya ilə sərhədlərin yenidən yönləndirilməsi olub.

Məlumata görə, görüş İordaniyanın paytaxtı Əmmanda keçirilib. Danışıqlarda İsrail ilk olaraq zonalar üzrə sazişin əleyhinə çıxış edib. İran əsgərinin Suriyadan çıxarılmasının zəruriliyi qeyd olunub.

Danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev, ABŞ dövlət katibinin köməkçisinin müavini Maykl Ranti, İsrail tərəfindən isə danışıqlarda xarici işlər nazirliyindəki "Mossad" əməkdaşı Brett Makqerk iştirak edib.

Vurğulanıb ki, iyulun 7-də Hamburqda "Böyük iyirmilik" sammitində Rusiya prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Donald Tramp arasındakı danışıqlarda Suriyanın Dəraa və Əl Küneytri rayonlarında atəşkəsə nail olunub.

Daha əvvəl isə Suriya, Rusiya, Türkiyə və İran dördlüyü təhlükəsiz zona memorandumu imzalamışdı. Onlar Latakii, Hələb, Həma və İdlib əyalətində fəaliyyət göstərəcəklər. Homs əyalətinin şimalında isə Şərqi Qute, Suriyanın cənub əyalətlərində Dəraa və Əl Küneytridə silah tətbiq edilməsi qadağandır. Həmçinin humanitar yardımın aparılması barədə razılıq əldə olunub.

Geri qayıt