Əsas Səhifə > Dünya > Çin Şimali Koreyaya sanksiyaların bədəlini ödəyəcəyini deyir

Çin Şimali Koreyaya sanksiyaların bədəlini ödəyəcəyini deyir


8-08-2017, 09:12
Çin Şimali Koreyaya sanksiyaların bədəlini ödəyəcəyini deyir
Çin BMT-nin Şimali Koreyaya yeni sanksiyalarından ən çox itirən ölkə olacaq, çünki bu ölkəylə daha sıx iqtisadi əlaqələri var. Ancaq Pekin bu bədəli ödəməyə hazırdır, - ölkənin Xarici İşlər Nazirliyi bildirib.

Çinin xarici işlər naziri Wang Yi Manilada təhlükəsizlik forumunda danışıb. O deyib ki, BMT-nin Təhlükəsizlik Şurasının həftəsonu qəbul etdiyi qətnamə Şimali Koreyadan ixracın 1/3-ini azaltmağı hədəfləyir və Çinin də Pxenyanın raket sınaqlarını dayandırmaq istəyini ortaya qoymuş olur.

«Çinin Şimali Koreyayla ənənəvi iqtisadi əlaqələrini nəzərə alsaq, bu qətnamənin icrasının ən böyük bədəlini Çin ödəyəcək», – Wang deyib.

«Ancaq silahların yayılmamasına dair beynəlxalq sistemi, regional sülh və sabitsizliyi qorumaq məqsədiylə Çin, öncəki kimi, həmin qətnamənin mahiyyətinə tam əməl edəcək», –nazir bildirib.

BMT qətnaməsi Şimali Koreyadan kömür, dəmir, qurğuşun və dəniz məhsullarının alınmasını qadağan edir.

Geri qayıt