Əsas Səhifə > Dünya > ABŞ 4 hektar torpaq sahəsini Yaponiyaya geri qaytarıb
ABŞ 4 hektar torpaq sahəsini Yaponiyaya geri qaytarıb31-07-2017, 08:42 |
ABŞ Futemma dəniz piyada korpusunun hərbi bazası üçün istifadə olunan ərazinin bir hissəsini Yaponiyaya geri qaytarıb. O, Okinava prefekturasında yerləşir. "Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyinə istinadən İTAR-TASS məlumat yayıb. Qaytarılan ərazinin sahəsi 4 hektardır. Hazırda Yaponiyada aviabazanın yerinin dəyişdirilməsi üçün tikinti işləri aparılır. Obyektin yerləşdiyi rayon sakinlərinin fikrincə, bazada yerləşən "MV-22 Osprey" konvertoplanlarının uçuşları yerli əhali üçün təhlükəlidir. Agentlik qeyd edir ki, ABŞ-ın ərazinin bir hissəsini geri qaytarmaq qərarı ölkənin bu prosesi ölü nöqtədən tərpətmək niyyətini nümayiş etdirir. Geri qayıt |