Əsas Səhifə > Dünya > Pentaqon Türkiyədən S-400 alışı planları ilə bağlı izahat tələb edib

Pentaqon Türkiyədən S-400 alışı planları ilə bağlı izahat tələb edib


25-07-2017, 10:51
Pentaqon Türkiyədən S-400 alışı planları ilə bağlı izahat tələb edib
"Türkiyə S-400 Rusiya zenit-raket komplekslərinin (ZRK) əldə olunması niyyətini izah etməlidir."

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bunu brifinqdə Pentaqon nümayəndəsi Ceff Devis bildirib.

“Türkiyə NATO üzrə müttəfiqdir. İstənilən müttəfiqlə münasibətlərimizdə təməl məqamlardan biri silahlarımızın uyğunlaşması imkanından ibarətdir.

Türkiyə tərəfindən S-400 ZRK-nın alışı barədə məlumatlara gəlincə, Türkiyə bunu izah etməli olacaq.", - C.Devis belə deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində S-400-ün çatdırılması ətrafında danışıqlarla əlaqədar ABŞ tərəfindən narahatlıq üçün səbəb görmədiyini deyib.

“Nə üçün bu, narahatlıq yaratmalıdır? Hər bir ölkə öz təhlükəsizliyinin təmini üçün müəyyən tədbirlər görməlidir. Bu tədbirləri hansı tərəflərdən təmin etmək mümkündürsə, addımlar da məhz həmin istiqamətdə atılır. Dəfələrlə ABŞ-la danışıqlar aparmışıq, lakin alınmadı, bu səbəblə istəyib-istəməməyimizdən asılı olmayaraq S-400-ə dair planlar qurmağa başladıq. İdarələrimiz danışıqlar aparır və bu addım atılacaq.”, - deyə Türkiyə lideri Ankarada baş tutan mətbuat konfransında söyləyib.

Bundan əvvəl “Rostex”in baş direktoru Sergey Çemezov Türkiyəyə S-400 çatdırılmasına dair müqavilə üzrə texniki məsələlərin həllini tapdığı, yalnız inzibati məsələlərin qaldığı barədə məlumat verib.

Geri qayıt