Əsas Səhifə > Dünya > Müqəddəs yerlərdə metal detektorlar qalacaq

Müqəddəs yerlərdə metal detektorlar qalacaq


24-07-2017, 09:08
Müqəddəs yerlərdə metal detektorlar qalacaq
İsrail hakimiyyəti bildirir ki, Qüdsdə müqəddəs yerlərdən metal detektorlar götürülməyəcək.

Ancaq rəsmilər iyulun 23-də onu da deyiblər ki, müsəlmanların Həram əl-Şərif məscidi, yəhudilərin «Məbəd dağı» dedikləri məkanda detektorlardan istifadə azaldıla bilər.

İyulun 21-də bu ərazidə təhlükəsizliyin gücləndirilməsinə qərar verilib. Bundan sonra İsrail təhlükəsizlik qüvvələriylə toqquşmalarda azı beş fələstinli öldürülüb, 3 israilli bıçaqlanıb.

Metal detektorlardan başqa, İsrail yaşı 50-dən az olan kişilərin məscidə girməsini yasaqlayıb.

İsrail təhlükəsizlik tədbirlərini iyulun 14-də iki israilli polis bıçaqlanandan sonra gücləndirməyə başlayıb.

Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas iyulun 21-də bildirib ki, təhlükəsizlik tədbirləri qaldırılmayınca, İsraillə bütün əlaqələri kəsir.

İsrailin baş naziri Benjamin Netanyahu isə iyulun 23-də təhlükəsizlik kabinetinin iclasında metal detektorların qalacağını bildirib.

Geri qayıt