Əsas Səhifə > Dünya > FETÖ-nün Türkiyədəki ana onurğasını sındırdıq
FETÖ-nün Türkiyədəki ana onurğasını sındırdıq18-07-2017, 10:46 |
"FETÖ-nün çevriliş cəhdindən sonra görülən tədbirlərlə təşkilatın Türkiyədəki ana onurğasını sındırdıq." SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu, Türkiyənin baş naziri Binali Yıldırımın Kolumbiyanın “El Tiempo” qəzeti üçün yazdığı məqalədə deyilir. "Böyük demokratiya zəfərimizin birinci ildönümü" başlıqlı yazıda FETÖ “yeni nəsil terror təşkilatı" olaraq xarakterizə edilir. “FETÖ özlərindən olmayanları yox etmək üçün hər cür üsula əl atır. Təkcə iqtidarı deyil, Türkiyə Respublikasını da ələ keçirməyə çalışırlar. Təşkilat təkcə Türkiyədə deyil, bir çox ölkələrdə bənzər strukturlar qurub və bu ölkələrdə də xəyanət işlərinə davam edir. FETÖ həyatda qalmaq üçün artıq daha fəal işləyir. Türkiyə bütün dostlarını FETÖ mövzusunda xəbərdar edib." Geri qayıt |