Əsas Səhifə > Dünya > «İran nüvə silahı ilə bağlı razılaşmaya əməl edir»

«İran nüvə silahı ilə bağlı razılaşmaya əməl edir»


18-07-2017, 10:32
«İran nüvə silahı ilə bağlı razılaşmaya əməl edir»
İran 2015-ci il nüvə silahı ilə bağlı müqaviləyə əməl edir və buna görə də, həmin razılaşmaya əsasən sanksiyaların yüngülləşdirilməsi məsələsi qüvvədədir. Bunu iyulun 17-i axşam ABŞ prezidenti Donald Trump-ın administrasiyası bəyan edib. Eyni zamanda Vaşinqton onu da qeyd edib ki, ballistik raketin sınağı və digər məsələlərlə bağlı sanksiyalar da qüvvədə qalacaq.

Trump-ın prezident seçilməsindən bu yana onun administrasiyası artıq ikinci dəfədir ki, Tehranın razılaşmaya əməl etdiyini bəyan edir. Bundan öncə isə ABŞ-ın 45-ci prezidenti özü bildirmişdi ki, “pis razılaşma” adlandırdığı sözügedən müqaviləni pozacaq.

Trump administrasiyası onu da təsdiqləyir ki, İran müqavilənin ruhuna xələl gətirən addımlar da atır, məsələn, hələ də ballistik raket və sürətli hərbi gəmilərin hazırlanması və sınaqdan keçirilməsini davam etdirir. Amerika hökuməti İranda insan haqlarının pozulmasından, İsrailə münasibətdə terrora dəstəkdən, ABŞ vətəndaşlarının həbsindən narahatlığını da bildirir.

Geri qayıt