Əsas Səhifə > Dünya, Güney Press > Mosulu bərpa etmək üçün nə qədər maliyyə lazımdır?

Mosulu bərpa etmək üçün nə qədər maliyyə lazımdır?


18-07-2017, 10:06
Mosulu bərpa etmək üçün nə qədər maliyyə lazımdır?
FaktXəbər-in verdiyi məlumata görə, İraq ordusu Mosulu İŞİD terrorçularından azad etsə də, şəhərin böyük hissəsi dağınıq vəziyyətdədir. Şəhərdə yaşayış evləri və kommunikasiya sistemlərini bərpa etmək üçün külli miqdarda maliyyəyə ehtiyac var.

BMT rəsmiləri açıqlayıb ki, Mosulu tərk edən 950 min insanın 9 ay müddətində saxlanılması üçün 450 milyon dollar sərf olunmalıdır. Şəhərin bərpası üçün isə milyardlarla dollara ehtiyac olduğu bildirilir.

Qeyd edək ki, Mosul şəhəri Neynəva vilayətinin inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəri sayılır.

Geri qayıt