Əsas Səhifə > Dünya > Türkiyənin S-400–lər üçün Rusiyaya ödəyəcəyi məbləğ açıqlandı

Türkiyənin S-400–lər üçün Rusiyaya ödəyəcəyi məbləğ açıqlandı


14-07-2017, 10:49
Türkiyənin S-400–lər üçün Rusiyaya ödəyəcəyi məbləğ açıqlandı
S-400 zenit-raket kompleksləri üçün bir müddətdir danışıqlar aparan Türkiyə dövlətinin Rusiyaya nə qədər pul ödəcəyəcəyi məlum olub.
Avropa.info xəbər verir ki, rəsmi Ankara 4 S-400 sistemi üçün 2,5 milyard dollar ödəməyə razı olub. 2 sistemin daha sonra Türkiyədə hazırlanması planlaşdırılır.
Qeyd edək ki, Türkiyə uzun müddətdir ki, öz raket müdafiə sistemlərini yaratmaq üçün fərqli ölkələrlə danışıqlar aparıb. Daha əvvəllər NATO və ABŞ-dan müsbət cavab almayan Türkiyə S-400 ZRK-nin alınması üçün Rusiya ilə danışıqlara başlamışdı.

Geri qayıt