Əsas Səhifə > Dünya > ABŞ “Kasperski”dən imtina etdi

ABŞ “Kasperski”dən imtina etdi


12-07-2017, 11:48
ABŞ “Kasperski”dən imtina etdi
Tramp administrasiyası “Kasperski”dən imtina edib.

AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, ABŞ Ümumi Xidmətlər Administrasiyası bildirib ki, bu qərar hökumət sistemlərinin təhlükəsizliyini təmin etməyə yönəlib. Qeyd olunub ki, qərar ciddi araşdırmadan sonra qəbul edilib.

“Kasperski Laboratoriyası”ndan ABŞ-ın qərarına cavab olaraq bildirilib ki, onların heç bir ölkə ilə siyasi əlaqələri yoxdur.

“Belə görünür ki, “Kasperski Laboratoriyası” geosiyasi mübarizəyə cəlb edilir. Burada isə müəyyən dövlətlər şirkətdən "piyada" kimi etməyə çalışır”.

Hazırda bu şirkətin 200-dən çox ölkədə nümayəndəliyi mövcuddur. Baş ofis Moskva şəhərində yerləşir.

Qeyd edək ki, bundan öncə “Bloomberg” agentliyi “Kasperski Laboratoriyası”nın Rusiya kəşfiyyatı ilə əlaqəli olduğunu iddia edən yazı dərc etmişdi.

Geri qayıt