Əsas Səhifə > Dünya > Qətər deyir ki, boykota dözməyə 340 milyard dolları var
Qətər deyir ki, boykota dözməyə 340 milyard dolları var10-07-2017, 09:19 |
Qətərin mərkəzi bankı bildirir ki, ərəb ölkələrinin və qonşularının boykotunun təsirini önləməyə 340 milyard dolları var. Mərkəzi Bankın rəhbəri Sheikh Abdullah Bin Saoud al-Thani CNBC-yə iyulun 10-da yayımlanmış müsahibəsində bildirib ki, bu, “sistemimizin etibarlılığını” göstərir. “İstənilən sarsıntını önləməyə yetərincə nağd pulumuz var”, – o deyib. Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirilikləri və Misir Qətərlə diplomatik və səyahət əlaqələrini kəsib. Onlar Dohanın islamçı ekstremistlərə dəstək göstərdiyini deyirlər, onun İranla əlaqə saxlamasını da istəmirlər. Bu dörd ölkə Qətərə 13 tələb irəli sürüb və onu əlavə sanksiyalarla hədələyib. Qətərsə iddiaları rədd edib. Al-Thani də ölkəsinin maliyyə sisteminin ekstremistlərlə hər hansı əlaqəsi olmasını “yalan” adlandırıb. Geri qayıt |