Əsas Səhifə > Dünya > ABŞ-la Rusiya Suriyada atəşkəs elan edirlər
ABŞ-la Rusiya Suriyada atəşkəs elan edirlər8-07-2017, 09:29 |
Birləşmiş Ştatlar və Rusiya iyulun 7-də Suriyanın cənub-qərbində atəşkəslə bağlı razılığa gəldiklərini elan ediblər. Bu, prezident Donald Trump vəzifəyə gələndən Suriyada ilk sülhyaratma cəhdidir. Atəşkəs iyulun 9-dan başlanmalıdır. Razılaşma Hamburda, Böyük 20-liyin sammitində Trump-la rusiyalı həmkarı Vladimir Putin-in görüşündən sonra elan olunub. ABŞ dövlət katibi Rex Tillerson deyib ki, bu, “ABŞ-la Rusiyanın Suriyada birgə işləmək bacarığının ilk əlamətidir” və Suriyanın digər yerlərində də sülhyaratma işləri gerçəkləşdiriləcək. Tillerson deyib ki, Rusiyayla Birləşmiş Ştatlar “Suriya xalqının gələcəyini təmin edəcək siyasi prosesə doğru birlikdə işləyəcəklər”. Geri qayıt |