Əsas Səhifə > Dünya > Berlindən terror hücumları xəbərdarlığı
Berlindən terror hücumları xəbərdarlığı5-07-2017, 09:16 |
Almaniyada islamçı yaraqlıların sayı artdığından bu ölkə terror hücumlarına hazır olmalıdır. Belə bir xəbərdarlıqla iyulun 4-də Almaniyanın təhlükəsizlik rəsmiləri çıxış edib. Ötən il Almaniyada islamçılar beş hücum törədiblər. Dekabrda Berlində milad bazarına hücumda 12 nəfər öldürülmüşdü. Yeddi hücumun qarşısı alınıb, - Almaniyanın əks-kəşfiyyat idarəsinin (BfV) rəhbəri Hans-Georg Maassen jurnalistlərə deyib. «Fərdlərdən və terror qruplarından daha çox hücum gözləməliyik», – Maassen söyləyib. BfV-nin ötən il üçün illik hesabatında deyilir ki, Almaniyada 24 min 400 islamçı var, onlardan 9 min 700-ü sələfilərdir. Hesabata görə, yüzlərlə «cihadçı» son iki ildə ölkəyə daxil olan bir milyondan çox qaçqınla birlikdə gəlib. Geri qayıt |