Əsas Səhifə > Dünya > İran prezidenti Türkiyənin layihələrinə qarşı gedir
İran prezidenti Türkiyənin layihələrinə qarşı gedir4-07-2017, 09:18 |
İran prezidenti Hassan Rouhani Türkiyənin Dəclə və Fərat çayları üzərindəki böyük bənd layihələrini tənqid edib. Rouhani Türkiyədən hər iki bəndin tikintisini dayandırmasını tələb edib, bu layihələrin bütün Yaxın Şərqdən ötrü «təhlükəli» olduğunu söyləyib. Rouhani iyulun 3-də Tehranda qum tufanlarına dair konfransda danışıb. O, Türkiyənin adını çəkməyib, ancaq deyib ki, Suriya və İraqa axan iki böyük çay üzərində tikintisi planlaşdırılan çoxsaylı bəndlər «dağıdıcı fəsadlar» törədəcək və İran da daxil olmaqla, çoxlarına təsirini göstərəcək. Türkiyənin Dəclə və Fərat çaylarında əsas su axınına nəzarət etməsi Yaxın Şərqdə mübahisəli mövzu sayılır. Tənqidçilərin fikrincə, Türkiyənin qərarları Suriya və İraqda su qıtlığı yaradıb, regionda sabitsizlik və müharibələrə töhfəsini verib. Suriya kürdləri fevralda Türkiyəni Fərat çayından gələn suyu kəsməklə siyasi təzyiq göstərməkdə ittiham ediblər. Fəallar xəbərdarlıq edirlər ki, Türkiyənin İlisu kəndi ərazisində Dəclə çayı üzərindəki bənd İraqın cənubundakı bataqlıqlara su axınını azaldacaq və onların mövcudluğuna təhlükə yaradacaq. Geri qayıt |