Əsas Səhifə > Dünya > Türkiyə və ABŞ prezidentləri Qətər böhranını müzakirə ediblər
Türkiyə və ABŞ prezidentləri Qətər böhranını müzakirə ediblər1-07-2017, 12:27 |
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyip Ərdoğan ilə Donald Tramp arasında telefon danışığı keçirilib. SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb. Müdafiə sənayesi və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrin müzakirə edildiyi telefon söhbətində Qətər ətrafındakı gərginlik barədə də fikir mübadiləsi aparılıb. Tərəflər gərginliyin azaldılması, problemlərin müzakirə yolu ilə həll edilməsinin bölgənin təhlükəsizliyi və sabitliyi baxımından da əhəmiyyətli olduğunu vurğulayıblar. Liderlər terrorizmlə mübarizədə əməkdaşlığın daha da gücləndirilməsi məsələsində razılığa gəliblər. Geri qayıt |