Əsas Səhifə > Dünya > İŞİD-çilər Bağdadinin ölümünə ağlaşır

İŞİD-çilər Bağdadinin ölümünə ağlaşır


1-07-2017, 10:47
İŞİD-çilər Bağdadinin ölümünə ağlaşır
İŞİD-in baş təbliğatçısı Əbu Kuteybə cümə xütbəsində təşkilatın lideri Əbubəkr Bağdadinin adına dualar edərkən ağlayıb.

Axar.az xəbər verir ki, İraq televiziya kanalı “Əl Sumariyə” Ninova ərazisində danışan Əbu Kuteybənin bu davranışını Bağdadinin ölümünə görə axıdılan göz yaşı olaraq dəyərləndirib.

Başqa bir açıqlamada isə İŞİD-in Telafər bölgəsinin rəhbəri Bəra Mavselinin cümə xütbəsində Mosulda ağır bir məğlubiyyətə uğradıqlarını etiraf etdiyi qeyd edilib. Buna görə Mavseli Telafərin müvəqqəti mərkəz olaraq qəbul edildiyini bildirib.

Qeyd edək ki, Rusiyanın 28 mayda Rakkaya endirdiyi aviazərbələr nəticəsində Bağdadinin ölümü haqqında informasiya yayılmışdı. Rusiya Xarici İşlər Nazirliyi faktın araşdırıldığını bildirmişdi.

İran dövlət televiziyası isə İŞİD lideri Bağdadinin öldüyünü təsdiqləyən fotolar yayımladı.

Geri qayıt