Əsas Səhifə > Dünya > Yəmən ordusu Səud və ABŞ hərbi gəmilərini yeni məxfi silahla hədələdi...
Yəmən ordusu Səud və ABŞ hərbi gəmilərini yeni məxfi silahla hədələdi...30-06-2017, 10:38 |
«Səudiyyə təcavüzkarlarının qoşunları yeni keyfiyyətli silah gözləsin». FaktXeber.com-un Yemenpress-ə istinadla verdiyi məlumata görə, bu barədə Yəmən ordusunun Mətbuat Xidmətinin rəhbəri, polkovnik Əziz Rəşid bəyan edib. O, dəniz obyektlərinin düşmən qoşunları üzərində uğurlu qələbə üçün asan hədəfə çevrildiyinə işarə edib. Polkovnik bildirib ki, Yəmən donanması ölkənin ərazi sularına girmək istəyən və sudanlı muzdurlarını düşürmək üçün Əl-Maha sahillərinə doğru hərəkət etməyə çalışan hərbi gəmi ilə üzləşib: "Yəmən Hərbi Dəniz Qüvvələri sudanlı əsgərləri Əl-Maha limanına endirmək məqsədiylə bizim ərazi sularımıza daxil olan Səudiyyə Ərəbistanı koalisiyasının hərbi gəmilərinə atəş açıb". Əziz Rəşid əlavə edib ki, sudanlı silahlı qüvvələr koalisiya qüvvələrinə dəstək qismində birləşməli idi. O, Yəmən Qüvvələrinin raketinin hədəfi (hərbi gəmini) dəqiq vurduğunu deyib. Briqada generalının sözlərinə görə, Yəmən Silahlı Qüvvələrinin cənub sularında Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələrinəin hərbi gəmisinə son hücumu zamanı məxfi silahdan istifadə edilib: «Qoşunlarımız xaraktrestikası sirr kimi saxlanılan unikal silahdan istifadə edib». Xatırladaq ki, bazar ertəsi günü Səudiyyə Ərəbistanı başda olmaqla koalisiyanın hərbi gəmiləri Əl-Maha şəhəri sahilində Yəmən Ordusunun raketinə hədəf olub. «Əl-Məzirə» telekanallar şəbəkəsi hərbi mənbələrə istindla bildirib ki, «Səud rejiminin ölümdaşıyan hərbi kampaniyası yəmənli pasiyentlərin xaricə müalicəyə getməyinin qarşısını aldığı və müharibəyə bürünmüş ölkəyə tibbi ləvazimatların gətirilməsinə mane olduğu, bundan əlavə Yəmənin yaşayış olan sahələrinə atəş altına tutmaqda davam etdiyi üçün Yəmən Hərbi Dəniz Qüvvələri cavab olaraq onların hərbi gəmisini raket atəşinə tutub. Qeyd edək ki, hərbi əməliyyatlar başlayandan bəri Ər-Riyad və müttəfiqlərinin təcavühünə cavab olaraq Yəmən Ordusu və özünümüdafiə qüvvələri tərəfindən 10 hərbi gəmi məhv edilib. Geri qayıt |