Əsas Səhifə > Dünya > Türkiyədə bir həftə ərzində 60 terrorçu zərərsizləşdirilib

Türkiyədə bir həftə ərzində 60 terrorçu zərərsizləşdirilib


30-06-2017, 10:12
Türkiyədə bir həftə ərzində 60 terrorçu zərərsizləşdirilib
Türkiyədə bir həftə ərzində keçirilən antiterror əməliyyatlarında 60 PKK terrorçusu zərərsizləşdirilib.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş qərargahı məlumat yayıb.

22-29 iyun tarixlərində Hakkari, Şırnak, Diyarbakır, Bingöl, Elazığ və Siirtdə təşkil edilən əməliyyatlarda terrorçulara aid səkkiz sığınacaq, mağara və silah anbarı məhv edilib.

Əməliyyatlar zamanı doqquz əsgər həlak olub, səkkizi yaralanıb.


Geri qayıt