Əsas Səhifə > Dünya > ABŞ-ın “Tomaqavk”la silahlanmış gəmiləri Suriyaya hərbi zərbəyə hazırlaşır

ABŞ-ın “Tomaqavk”la silahlanmış gəmiləri Suriyaya hərbi zərbəyə hazırlaşır


29-06-2017, 10:25
ABŞ-ın “Tomaqavk”la silahlanmış gəmiləri Suriyaya hərbi zərbəyə hazırlaşır
Amerika hərbi gəmiləri və qırıcıları ABŞ prezidenti Donald Tramp tələb edəcəyi təqdirdə Suriyaya zərbə endirmək üçün hazırdır. FaktXeber.com-un məlumatına görə, bu barədə CNN telekanalı bir neçə hərbi məmura istinadla xəbər yayıb.

Kanal vurğulayıb ki, ABŞ Suriya HHQ-nin Şayrat aviabazasını diqqətlə izləyir.

Hazırda Amerikanın "Corc Buş" aviadaşıyıcısı, 2 esmines və 2 kreyserlə Aralıq dənizinin şərq hissəsindədir. Bunun yanında esmineslər və kreyserlər qanadlı "Tomahawk" raketləri ilə hücum həyata keçirə bilər.

Xatırladaq ki, aprelin əvvəllərində ABŞ Silahlı Qüvvələri Suriyanın Homs şəhərində Şayrat bazasına "Tomahawk" qanadlı raketləri ilə hücum etmişdi. Raket hücumu aprelin 4-də İblib şəhərində kimyəvi hücumla əlaqələndirilirdi. Müxalifət bu hücumda hökuməti ittiham edir. Rəsmi Dəməşq ittihamları rədd edir. Homs qubernatoru Taləl əl-Bərrazi aviabazanın bombalanması nəticəsində 5 nəfərin həlak olduğunu, 7 nəfərin isə yaralandığını bəyan edib. Onun sözlərinə görə, həmin baza İŞİD-lə mübarizədə, xüsusən Palmiranın azad olunmasında önəmli rol oynayıb. Onu da qeyd edək ki, "Şəyrat" aerodromuna "Tomaqravk" tipli 50 raketin atılmasından dərhal sonra terorçular da Homs şəhərinə soxulmuşdu.

Geri qayıt