Əsas Səhifə > Dünya > ABŞ Rusiyada rejim dəyişikliyi istəyir?

ABŞ Rusiyada rejim dəyişikliyi istəyir?


29-06-2017, 09:00
ABŞ Rusiyada rejim dəyişikliyi istəyir?
Kremlin liderləri Birləşmiş Ştatların Rusiyada rejim dəyişikliyi istədiyinə inanırlar. Bu narahatlıq iki keçmiş «Soyuq müharibə» rəqibi arasında gərginliyi daha da körükləndirir. İyunun 28-də ABŞ Müdafiə Kəşfiyyatı Agentliyinin yaydığı hesabatda belə deyilir.

Hesabatda qeyd olunur ki, Moskva Birləşmiş Ştatların dünyada demokratiya yaymaq cəhdlərinə inanmır.

«Moskva inanır ki, Birləşmiş Ştatlar Rusiyada rejim dəyişikliyinin bünövrəsini qazır, bu inamı Ukraynadakı hadisələr daha da möhkəmləndirir», – hesabatda deyilir.

Hesabatda vurğulanır ki, prezident Vladimir Putin hökuməti ABŞ-ı Ukraynada xalq hərəkatını alovlandırmaqda suçlayıb. Sonucda rusiyapərəst prezident Viktor Yanukovych 2014-cü ildə devrilib.

Geri qayıt