Əsas Səhifə > Dünya > Çernobıl nüvə stansiyasına qlobal kiber hücumu

Çernobıl nüvə stansiyasına qlobal kiber hücumu


28-06-2017, 08:58
Çernobıl nüvə stansiyasına qlobal kiber hücumu
Çernobıl nüvə stansiyası avtomatik radiasiya monitorinq sistemi kiber hücumuna məruz qalıb. Ukrayna federal agentliyinin verdiyi məlumata görə, monitorinq şəxsən aparılıb.

“Windows” sisteminin əlaqəsinin müvəqqəti itməsinə görə radiasiya monitorinqi sənaye bölgəsində monitorinq şəxsən aparılıb ” – Çernobıl zonasına nəzarət edən agentlik məlumat yayıb. Agentliyin bildirdiyinə görə, stansiyanın texnoloji sistemi normal işləyib, lakin kiber hücumuna məruz qaldığına görə Çernobıl nüvə stansiyasının internet səhifəsi işləmir.

Rusiyanın neft və qaz şirkəti “Rosneft” və Danimarkanın “Maersk” yükdaşıma şirkəti də daxil olmaqla, Avropanın bir sıra kampanyalar və agentlikləri ötən gün (27 iyun) kiber hücumuna məruz qaldıqlarını bəyan ediblər. Hücumun mənbəyi hələ ki, məlum deyil.

Musavat.com

Geri qayıt