Əsas Səhifə > Dünya > Amerikalı diplomat casusluqda ittiham edilib

Amerikalı diplomat casusluqda ittiham edilib


24-06-2017, 10:58
Amerikalı diplomat casusluqda ittiham edilib
Çin kəşfiyyatına "çox məxfi" sənədlər verməkdə ittiham edilən keçmiş ABŞ-lı diplomat 60 yaşlı Kevin Patrik Mallori Virciniya federal məhkəməsində hakim qarşısına çıxarılıb.

SalamNews-un TRT-yə istinadla verdiyi xəbərə görə, keçmiş diplomat, ömürlük həbs cəzasına məhkum edilməsi gözlənilən Mallori 1987-ci ildən 1990-cı ilə qədər ABŞ Dövlət Departamentində işləyib. Çin dilini bilən diplomatın bundan əvvəl hava limanında qeydiyyatdan keçməmiş 15 min dollar pulla tutulduğu bildirilir.

Hakim Con Gibbs Mollori haqqında səsləndirilən iddia ilə əlaqədar verdiyi açıqlamada Çin kəşfiyyat işçilərindən 25 min dollar aldığı irəli sürülən Mallorinin edama məhkum edilə biləcəyini söyləyib.

Geri qayıt