Əsas Səhifə > Dünya > İran rəsmisi ABŞ-a xəbərdarlıq edir

İran rəsmisi ABŞ-a xəbərdarlıq edir


24-06-2017, 09:27
İran rəsmisi ABŞ-a xəbərdarlıq edir
İranın atom enerjisi təşkilatının rəhbəri Ali Akbar Salehi iyunun 23-də Birləşmiş Ştatlara xəbərdarlıq edib, deyib ki, ABŞ Səudiyyə Ərəbistanıyla yaxınlaşmaqla Yaxın Şərqdə güc balansını pozur.

Salehi 2015-ci il nüvə razılaşmasının əldə olunmasında mühüm rol oynayıb. O, “Guardian” qəzetində yazıb ki, Tehran ABŞ prezidenti Donald Trump administrasiyasının Səudiyyəyə 110 milyard dollarlıq silah satmasıyla bağlı sövdələşməni “provokativ” sayır.

“Özəlliklə də, İranın milli müdafiə cəhdlərinə müqavimət göstərilir və zərbə vurulursa, buna başqa ad vermək mümkün deyil”, – o yazır.

Qeyd edək ki, Trump administrasiyası İrana ballistik raketlər istehsalına görə sanksiyaları gücləndirməyə çalışır.

“İrandan bu cür davranışın sabitliyə göstərdiyi təsirə biganə qalacağını gözləmək real olmaz”, – Salehi deyib.

Geri qayıt