Əsas Səhifə > Dünya > Donbasda Ukrayna ordusuna qarşı 40 min düşmən qüvvəsi dayanır

Donbasda Ukrayna ordusuna qarşı 40 min düşmən qüvvəsi dayanır


21-06-2017, 12:30
Donbasda Ukrayna ordusuna qarşı 40 min düşmən qüvvəsi dayanır
Ukrayna prezidenti Pyotr Poroşenko Vaşinqtona səfəri zamanı separatçı Donbas və Luqansk respublikaları haqda “Fox” kanalına müsahibə verib.
Avropa.info xəbər verir ki, o, işğal olunmuş Ukrayna ərazilərində Rusiya ordusunun 3 min nəfər daimi əsasda xidmət edən hərbçisinin olduğunu bildirib. Ukrayna prezidentinə görə, separatçılarla birlikdə Donbasda Ukrayna ordusuna qarşı 40 min düşmən qüvvəsi dayanır. İşğal olunmuş ərazilərdə isə tank, artilleriya və digər növ silahların sayı artır.
Rusiya isə öz hərbçilərinin Ukrayna münaqişəsində iştirakını təkzib edir.

Geri qayıt