Əsas Səhifə > Dünya, Güney Press > Suriya ordusu Rəqqanın cənubunda 20 yaşayış məntəqəsini azad edib
Suriya ordusu Rəqqanın cənubunda 20 yaşayış məntəqəsini azad edib20-06-2017, 09:53 |
FaktXəbər-in verdiyi məlumata görə, Suriya ordusu Rəqqa vilayətinin cənubunda daha 20 yaşayış məntəqəsini terrorçulardan geri alıb. Bu barədə Suriya Hərbi Komandanlığı məlumat yayıb. Məlumatda bildirilir ki, ordu qüvvələri Rəsafə şəhəri üzərində də nəzarəti bərpa edib və İŞİD terrorçularının Tunis və Liviyadan olan bir neçə komandirləri zərərsizləşdirilib. Suriya ordusu həmçinin İŞİD terrorçularına məxsus 200 avtomobil, artilleriya qurğuları, 11 tank və xeyli sayda zirehli texnikanı məhv edib. Geri qayıt |