Əsas Səhifə > Dünya > ABŞ esminesi yük gəmisi ilə toqquşdu: Yaralılar var

ABŞ esminesi yük gəmisi ilə toqquşdu: Yaralılar var


17-06-2017, 09:49
ABŞ esminesi yük gəmisi ilə toqquşdu: Yaralılar var
Yaponiya yaxınlığında ABŞ-ın “USS Fitzgerald” esminesi ilə Filippinə məxsus yük gəmisi toqquşub. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, toqquşma nəticəsində 4 nəfər xəsarət alıb, 7 nəfər itkin düşüb.

Məlumatı ABŞ Hərbi-Dəniz Qüvvələri də təsdiqləyib.

Yaralılardan biri “USS Fitzgerald” esminesinin kapitanıdır. O, və daha üç hərbçi ABŞ Hərbi Dəniz Qüvvələrinin hospitalına çatdırılıb. Onların vəziyyətlərinin sabit olduğu bildirilir.


Geri qayıt