Əsas Səhifə > Dünya > Mühafizəçilər məni qorumayacaqlarsa, mən onları nə üçün Amerikaya aparıram?

Mühafizəçilər məni qorumayacaqlarsa, mən onları nə üçün Amerikaya aparıram?


16-06-2017, 09:59
Mühafizəçilər məni qorumayacaqlarsa, mən onları nə üçün Amerikaya aparıram?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hüquq-mühafizə orqanlarının Vaşinqtondakı Türkiyə səfirliyi qarşısında baş verən qarşıdurmada iştirak etmiş mühafizəçilərinin həbsinə dair order çıxarmasını tənqid edib.

Bu barədə SalamNews “Anadolu” agentliyinə istinadla xəbər verir.

“Amerikaya son səfərimdə PKK terror təşkilatı, FETÖ-çülər birləşərək, səfirlikdən 40-50 metr məsafədə aksiya keçirirlər. Amerika polisi heç bir tədbir görmür, toxunmur. Görəsən, bənzər bir şey Türkiyədə olsa, necə addım atarlar?

Heç bir şey etmədilər, üstəlik bizim onlara müdaxilə edən vətəndaşlarımızdan ikisini həbs ediblər. Bu, necə işdir? Digər tərəfdən də mənim mühafizəçilərimdən 12-sinin həbsinə order veriblər. Bu, necə bir qanundur? Bu, necə bir hüquqdur? Bu mühafizəçilər məni qorumayacaqlarsa, nə üçün yanımda Amerikaya aparıram? Amerikanın hansı Corcu məni qoruyacaq?

ABŞ liderləri Türkiyəyə gəldikləri zaman türk sürücü bir tərəfə qalsın, türk polislərin belə avtomobilə oturmalarına icazə vermirlər. Amma biz oralara getdiyimizdə "xeyr" deyir, mütləq bizim mühafizəçi polisimiz burada oturacaq. "Mənim polisim var, istəmirəm" deyirəm. "Yox", deyir, "biz heç kimə inana bilmərik”.

Geri qayıt