Əsas Səhifə > Dünya > Putin sünni-şiə problemindən danışdı
Putin sünni-şiə problemindən danışdı15-06-2017, 10:35 |
FaktXəbər-in verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin rejissor Oliver Stounun çəkdiyi film üçün suala cavab verərkən bildirib ki, Moskva heç vaxt Rusiyanın xilafətə çevrilməsinə imkan verməyəcək. "Biz buna yol vermərik, Vaşinqton xilafətə çevrilsə belə",-deyə Vladimir Putin əlavə edib. Rusiya prezidenti həmçinin deyib ki, heç bir din dünyada pislik mənbəyi ola bilməz: "İslamda bir çox istiqamətlər, cərəyanlar var. Din iki əsasdan - şiə və sünnilərdən ibarətdir. Biz görürük ki, onların arasında dərin ziddiyyətlər var. Düşünürəm ki, bu, hər halda nə vaxtsa həll olunacaq". Putin "İŞİD" terrorçuları barədə danışarkən onların sayının 80 min olduğunu da vurğulayıb: "İŞİD terrorçuların sayı təxminən 80 min nəfər təşkil edir. Onlardan 30 mini 80 ölkədən olan əcnəbi muzdlulardır". Geri qayıt |