Əsas Səhifə > Dünya > Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə dair sazişi təsdiqləyib
Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə dair sazişi təsdiqləyib9-06-2017, 08:38 |
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkiyə və Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur. Qeyd edək ki, bundan gün Türkiyə parlamenti qeyd olunan sazişi ratifikasiya edib. Geri qayıt |