Əsas Səhifə > Dünya > "Standart & Poor's" Qətərin reytinqini aşağı salıb

"Standart & Poor's" Qətərin reytinqini aşağı salıb


8-06-2017, 10:20
"Standart & Poor's" Qətərin reytinqini aşağı salıb
"Standart & Poor's" beynəlxalq reytinq agentliyi Qətərin kredit reytinqini "AA" səviyyəsindən "AA-" səviyyəsinə, reytinq üzrə proqnozu isə "Stabil"dən "Neqativ"ə endirib.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, buna səbəb kimi Qətərin bir sıra ölkələrlə diplomatik əlaqələrini kəsməsi və bunun nəticəsində ölkədəki iqtisadi artımın, maliyyə göstəricilərinin təzyiqlərlə üzləşməsi ehtimalı göstərilir.
"Standart & Poor's" bəyan edib ki, Qətərdə daxili siyasi risklər və yaxud dövlət borcu artarqsa ölkənin reytinqi bir qədər də azaldıla bilər.
Xatırladaq ki, mayın 27-də digər beynəlxalq reytinq reytinq agentliyi - "Moody's" də Qətərin reytinqini "Aa2" səviyyəsindən "Aa3" səviyyəsinə endirib. Agentlik buna səbəb kimi, Qətərin dövlət borcunun ümumi daxili məhsula nisbətinin 150%-ə çatmasını göstərib.

Geri qayıt