Əsas Səhifə > Dünya > Putin Qәtәr əmiri vә Misir prezidenti ilә telefon danışığı keçirib

Putin Qәtәr əmiri vә Misir prezidenti ilә telefon danışığı keçirib


8-06-2017, 09:22
Putin Qәtәr əmiri vә Misir prezidenti ilә telefon danışığı keçirib
Rusiya prezidenti Vladimir Putin Qətər əmiri Şeyx Təmin bin Hamad əl-Tani və Misir prezidenti Əbdülfəttah әs-Sisi ilə telefon danışığı keçirib.

SalamNews-un TRT-yə istinadla verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, V.Putin-əl-Tani söhbətində Qәtәr ilә digər ərәb ölkәlәri arasındakı böhran müzakirə edilib.

�?�?V.Putin Rusiyanın bu böhranın dialoq yolu ilә hәll edilmәsi mәsәlәsindәki mövqeyini vurğulayıb.

Görüşdә iki ölkә arasında olan iqtisadi, ticarәt vә investisiya sahәlәrindәki münasibәtlәr barədə fikir mübadiləsi aparılıb.

V.Putin ilə Misir prezidenti arasında baş tutan telefon danışığında ikitərəfli münasibәtlәr, eləcə də Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətin müzakirəsi aparılıb.”, - məlumatda bildirilir.

Geri qayıt