Əsas Səhifə > Dünya > 'Çin Pakistanda baza qurmaq istəyəcək'

'Çin Pakistanda baza qurmaq istəyəcək'


7-06-2017, 09:00
'Çin Pakistanda baza qurmaq istəyəcək'
Çin Afrikada ilk hərbi obyektini qurandan sonra dənizin o tayında hərbi bazalar şəbəkəsi yaratmağı planlaşdırır.

Pentaqon iyunun 6-da yaydığı hesabatda Pekinin Pakistanda da baza qura biləcəyini proqnozlaşdırır.

Hazırda Çin müdafiəyə ildə 180 milyard dollardan çox xərcləyir. Hesabatda deyilir ki, Cibutidə donanma bazası quran Pekin dostluq və oxşar strateji maraqları olan ölkələrdə də, məsələn Pakistanda əlavə hərbi bazalar qurmaq istəyəcək.

Pakistan hazırda Asiya-Sakit Okean regionunda Çin silahlarının əsas bazarıdır. 2011-2015-ci illərdə Çinin 20 milyard dollarlıq silah ixracının yarısı bu regionun payına düşüb. Pentaqon belə deyir.

Ötən il Çin Pakistanla səkkiz sualtı qayığın satışı üzrə razılaşma imzalayıb.

Geri qayıt