Əsas Səhifə > Dünya > Monteneqro NATO-ya rəsmən qoşuldu
Monteneqro NATO-ya rəsmən qoşuldu6-06-2017, 10:15 |
Monteneqro rəsmən NATO-nun üzvü olub. ABŞ və Monteneqro rəsmiləri Rusiyaya üstüörtülü mesajlar veriblər, alyans rəhbəri isə ABŞ-ın öhdəlikləri sarıdan əndişəni azaltmağa çalışıb. Monteneqronun xarici işlər naziri Srdjan Darmanovic iyunun 5-də ölkəsinin üzvlük sənədlərini Dövlət Departamentində keçirilən xüsusi mərasimdə təqdim edib. Beləliklə, bu Balkan ölkəsi alyansın 29-cu üzvünə çevrilib. Departamentin üçüncü yüksəkrütbəli rəsmisi olan Tom Shannon deyib ki, Monteneqro xarici təzyiqlərə baxmayaraq, öz alyanslarını seçməklə bağlı suveren hüququnu təsdiqləmiş oldu. Ölkənin baş naziri Dusko Markovic də Vaşinqtondakı tədbirə qatılıb. Geri qayıt |