Əsas Səhifə > Dünya > Mosulda 100 min azyaşlının həyatı təhlükədədir

Mosulda 100 min azyaşlının həyatı təhlükədədir


6-06-2017, 09:36
Mosulda 100 min azyaşlının həyatı təhlükədədir
FaktXəbər-in verdiyi məlumata görə, İraqın Mosul şəhərində 100 min uşağın həyatı təhlükədədir. Bu barədə ictimaiyyətə BMT-nin uşaq fondu olan UNİCEF məlumat verib.

Məlumatda bildirilir ki, İraqın Mosul şəhəri uğrunda əməliyyatlar getməsinə baxmayaraq şəhər hələ də İŞİD terrorçularının işğalından azad olunmayıb.

UNİCEF İraq ordusu və koalisiya qüvvələrinə müraciət edərək Mosula təşkil edilən hücumlar zamanı dinc sakinlərin qurbana çevrilməməsini istəyib.



Geri qayıt