Əsas Səhifə > Dünya > Türkiyədə 274 terrorçu zərərsizləşdirilib

Türkiyədə 274 terrorçu zərərsizləşdirilib


3-06-2017, 10:32
Türkiyədə 274 terrorçu zərərsizləşdirilib
Türkiyədə may ayı ərzində keçirilən antiterror əməliyyatlarında 27 PKK terrorçusu zərərsizləşdirilib.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, 1-31 may tarixlərində keçirilən əməliyyatlarda terrorçuların hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 13 üzvü, eləcə də bir dinc sakin həlak olub, 1 nəfər yaralanıb.

Əməliyyat və terror hücumlarında yaralanan 46 hərbçi hazırda xəstəxanalarda müalicə alır.

PKK və onun gənclər qoluna qarşı keçirilən əməliyyatlarda 423 şübhəli şəxs saxlanılıb. Şübhəlilərdən HDP-nin Siirt millət vəkili Besime Konca daxil olmaqla 146-sı həbs olunub.

Geri qayıt